• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Argentina çempionatının rekordçusu vəfat etdi

İDMAN

21 Aprel 2025 | 14:42

Argentina çempionatının rekordçusu vəfat etdi

Argentina çempionatında keçirilən oyunların sayına görə rekordçu olan “Boka Xuniors”un sabiq qapıçısı Uqo Qatti 81 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin sabiq üzvünün ölümünə omba əməliyyatından sonra keçən infeksiya səbəb olub.

Qeyd edıj ju, Qatti 1976-1988-ci illərdə "Boka Xuniors"da çıxış edib. Ümumilikdə Argentina çempionatında 26 mövsümdə 765 oyun keçirib. O, üçqat Argentina çempionu, ikiqat Libertadores kubokunun qalibi və qitələrarası kubokun qalibi oldu. Qatti millidə 18 oyun keçirib.


SON XƏBƏRLƏR

25 Iyul 2025