• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanın daha beş cüdoçusu mübarizəyə qoşulur

İDMAN

22 Mart 2025 | 09:38

Azərbaycanın daha beş cüdoçusu mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha 5 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.

Bakıvaxtı.az xəbər verir ki, ikinci yarış günündə təmsilçilərimiz 3 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Kişilər arasında Qədir Hüseynov, Rüdət Şövlətov (hər ikisi 73 kq) və Məhərrəm İmamverdiyev (81 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR