• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Alonso yayda "Real"a keçəcək?

İDMAN

22 Mart 2025 | 00:16 | Müəllif: Subhan Mahmudov

Alonso yayda "Real"a keçəcək?

Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso ən azı daha bir mövsüm vəzifəsində qala bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Get German Football News" nəşri məlumat yayıb. 

İspaniyalı mütəxəssis növbəti mövsüm üçün heyətin formalaşdırmasına tam fokuslanıb. Bundan əlavə, 43 yaşlı məşqçi Almaniya klubunun rəhbərlərinə mövsümün sonunda getmək istəməsi ilə bağlı heç nə deməyib. 

Qeyd olunur ki, "Real" hələ də Alonso ilə maraqlanır. Lakin Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda gedəcəyi dəqiq deyil. 

Qeyd edək ki, Xabi Alonsonun "Bayer"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. /qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026