• Bakı 30° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Samir Abasov: "Qarabağ"ın qol epizodları bizimkindən çox idi

İDMAN

19 Aprel 2025 | 22:31

Samir Abasov: Qarabağın qol epizodları bizimkindən çox idi

"Birinci hissədə Ramil Şeydayevin, ikinci hissədə isə bir neçə qol imkanımız oldu".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis qol epizodlarının olduğunu bildirib: "Birinci hissədə Ramil Şeydayevin, ikinci hissədə isə bir neçə qol imkanımız oldu. Qapının içindən belə düşə bilmədik. Həmin qollar bərabərlik, yaxud qələbə anlamına gəlməyəcəkdi. "Qarabağ"ın qol epizodları bizimkindən çox idi. Niyə qol buraxmağımız əsas məsələdir".


SON XƏBƏRLƏR

25 Iyul 2025