• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Atletiko" UEFA-ya "Real"dan şikayət etdi

İDMAN

22 Mart 2025 | 00:51 | Müəllif: Subhan Mahmudov

"Atletiko" UEFA-ya "Real"dan şikayət etdi

"Atletiko" "Real"ın futbolçularının davranışları ilə bağlı UEFA-ya şikayət göndərib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 

Madrid komandası şikayətə "kral klubu"nun futbolçularının qeyri-adekvat davranışı ilə bağlı 4 video əlavə edib. Həmin materiallarda Antonio Rüdigerin və Vinisius Juniyorun "Atletiko" azarkeşlərinə qıcıqlandırıcı jestlər göstərirlər. Həmçinin "Real"ın daha iki futbolçusu - Kilian Mbappe və Daniel Sebalyosun rəqibin azarkeşlərinə qeyri-etik hərəkətlər etdiyi videolar da göndərilib. 

Xatırladaq ki, "Atletiko" - "Real" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk görüşdə "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2. /Qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026