"Mançester Siti"nin rəhbərliyi və baş məşqçisi Xosep Qvardiola növbəti mövsüm komandada böyük dəyişikliklər etmək niyyətindədirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.
Bu mövsümün sonunda "şəhərlilər"i 7 futbolçunun tərk edəcəyi gözlənilir. Bunlar Kevin De Brüyne, Bernardu Silva, İlkay Gündoğan, Mateo Kovaçiç, Con Stounz, Ederson və Cek Qrilişdir.
Qeyd olunur ki, Qvardiola qışda transfer olunmuş Niko Qonsales, Abdukodir Xusanov, Ömər Marmuş və Vitor Reysə daha çox oyun vaxtı verməyi planlaşdırır. /qol.az