• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Mbappenin transfer qiyməti yüksəldi

İDMAN

22 Mart 2025 | 23:36

Mbappenin transfer qiyməti yüksəldi

Nüfuzlu "Transfermarkt" portalı 2024-cü ilin dekabrından bəri ilk dəfə İspaniya La Liqası futbolçularının bazar qiymətlərini yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, yenilənmə "Real Madrid" və Fransa millisinin ulduz hücumçusu Kilian Mbappenin transfer qiymətinə də təsir edib.

Beləliklə, fransız forvardın dəyəri 160 milyon avrodan 170 milyon avroya yüksəlib. Xalis artım 10 milyon avro və ya 6,3% təşkil edib.

Xatırladaq ki, Kilian Mbappe yay transfer pəncərəsində azad agent kimi "Real Madrid"ə keçib. Fransız futbolçu "kral klubu" ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Mbappe "Los Blancos"un heyətində 43 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib./oxu.az


SON XƏBƏRLƏR

23 Aprel 2025