Misli Premyer Liqasında "Neftçi" bu gün "Sumqayıt"la üz-üzə gələcək.
Bakıvaxtı.az xəbər verir ki, XXIV turun açılış oyunu saat 19:00-da start götürəcək.
"Neftçi Arena"da gerçəkləşəcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.
Paytaxt təmsilçisi hazırda 24 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərartlaşıb.
Azərbaycan Premyer Liqası
III dövrə, XXIV tur
21 fevral
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”
Qeyd edək ki, turun digər matçları 22 və 23 fevralda təşkil olunacaq.