• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mbappe Ronaldunun rekordunu təkrarladı

İDMAN

20 Fevral 2025 | 14:58

Mbappe Ronaldunun rekordunu təkrarladı

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kilian Mbappe “kral klubu”nun sabiq hücumçusu Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

Bakıvaxtı.az Opta-ya istinadən xəbər verir ki, fransalı forvard buna Madrid təmsilçisindəki ilk mövsümündə avrokuboklarda vurduğu qolların sayına görə nail olub.

27 yaşlı futbolçu bu mövsüm Çempionlar Liqasında rəqib qapılarına 7 dəfə yol tapıb. Ronaldu və Mbappedən əvvəl isə Xusto Texada “Real Madrid”də bu göstəriciyə imza atıb.

Qeyd edək ki, ötən ilin yayından La Liqa klubunda çıxış edən Kilian Mbappe ötən gün Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Mançester Siti” komandası ilə cavab oyununda het-trik edib. İspaniya təmsilçisi iki görüşün nəticəsinə (3:2, 3:1) əsasən 1/8 finala vəsiqə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026