• Bakı 15° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Cüdoçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

İDMAN

21 Mart 2025 | 17:32

Cüdoçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

 Azərbaycanın cüdoçuları Almaniyanın Bad-Blankenburq şəhərində yeniyetmə və gənc qızlar arasında keçiriləcək Türingiya Kubokunda iştirak edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, yığma turnirdə 6 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunacaq.

Gənc qızlardan ibarət millinin baş məşqçisi Amina Abdullatifin rəhbərliyi altında yarışda Fəridə Mirzəyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova, Gülnarə Bayramova (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir martın 22-də start götürəcək.


SON XƏBƏRLƏR

25 Aprel 2025