İkiqat UFC çempionu Konor Makqreqor İrlandiya prezidenti olmaq istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə idmançı “YouTube” kanalında jurnalist Taker Karlsonla müsahibəsində bildirib.
Dünyaca məşhur döyüşçü gələcək hədəfləri barədə də açıqlama verib: “Evsizlik problemi azalmalı, qeyri-qanuni miqrasiya axınını aradan qaldırmalıyıq. Büdcə xərclərinə nəzarət olunmalıdır. Ölkəmiz düzgün idarə olunmur, bu, hamıya aydındır. Buna görə də ölkə rəhbəri dəyişməlidir. İrlandiya uğrunda mübarizə aparacam”.
Xatırladaq ki, İrlandiyada prezident seçkiləri bu ilin noyabrında keçiriləcək. Hazırda ölkə rəhbəri postunu 83 yaşlı Maykl Hiqqins tutur.