Fransanın "Lion" klubunun futbolçusu Aleksandr Lyakazettin evi oyun zamanı qarət edilib.
Bakıvaxtı.az "Le Progres"ə istinadən xəbər verir ki, hadisə ölkə çempionatının XXXIV turunda baş tutan "Lion" - "Anje" (2:0) matçı zamanı yaşanıb.
Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub. Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar. Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, A.Lyakazett "Lion"un yetirməsidir. 2017-ci ildə "Arsenal"a (İngiltərə) transfer olunan futbolçu burada keçirdiyi 5 mövsümdən sonra geri qayıdıb.