• Bakı 20° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

“Liverpul” Osimhen üçün hərəkətə keçdi

İDMAN

17 Iyun 2025 | 21:00

“Liverpul” Osimhen üçün hərəkətə keçdi

“Liverpul” “Napoli”nin 26 yaşlı hücumçusu Viktor Osimhenin transferi ilə bağlı danışıqlara başlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

İngiltərə nəhəngi nigeriyalı futbolçunu heyətinə qatmaq üçün maraqlı təklif irəli sürüb. “Liverpul” bu keçid qarşılığında Federiko Kyeza və Darvin Nunyesi “Napoli”yə verməyə hazırdır. Son günlərdə tərəflər arasında ilkin təmaslar baş tutub və bu danışıqlarda həm Nunyesin, həm də Kyezanın adı keçir.

Bildirilib ki, mersisaydlılar eyni zamanda Osimhenin nümayəndələri ilə də əlaqə saxlayır. 26 yaşlı oyunçunun Çempionlar Liqasında çıxış edən və hazırkı İngiltərə çempionuna keçidə isti yanaşdığı vurğulanır. Lakin mümkün transferin qarşısını ala biləcək əsas amil Osimhenin yüksək maaş tələbi ola bilər.

Qeyd edək ki, əgər “Liverpul” Nunyes və Kyezanı satmağı bacarsa, ildə təxminən 15 milyon funt sterlinq qənaət etmiş olacaq. Bu vəsaitin Osimhenin maaşı üçün xərclənməsi planlaşdırılır./Qol.az


SON XƏBƏRLƏR

17 Iyun 2025