• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

"Qarabağ"ın ilk rəqibi bu gün müəyyənləşəcək

İDMAN

18 Iyun 2025 | 09:33

"Qarabağ"ın ilk rəqibi bu gün müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.

Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qurban Qurbanovun komandasının potensial rəqiblər arasında "Riyeka" (Xorvatiya) və "Pafos" (Kipr), həmçinin ilk raundda üz-üzə gələcək "Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS - "Şkendiya" (Şimali Makedoniya), "Levadiya" (Estoniya) - RFS (Latviya), "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq), "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq), "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya), "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya), "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) və "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütlərinin qalibləri olacaq.

Qeyd edək ki, mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026