• Bakı 29° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Azərbaycanlı həndbol hakimləri Portuqaliya Universiadasında

İDMAN

18 Iyul 2025 | 09:26

Azərbaycanlı həndbol hakimləri Portuqaliya Universiadasında

Azərbaycanın həndbol üzrə Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları 22–29 iyul tarixlərində Portuqaliyanın Covilha şəhərində keçiriləcək Universiada turnirində iştirak edəcəklər.

Bu barədə Bakıvaxtı.az-a Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Həndbol Federasiyasının “Gənc Hakimlər Layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.

Azərbaycan təmsilçiləri qarşılaşmaları idarə etməklə yanaşı, təşkil olunan seminarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.

Qeyd edək ki, Ləman və Aydan Həmidova ötən il İsveçin Göteborq şəhərində keçirilən Açıq Avropa Çempionatında da hakimlik ediblər.


SON XƏBƏRLƏR

17 Iyul 2025