• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Məşhur paraşütçü qəza nəticəsində vəfat edib

İDMAN

18 Iyul 2025 | 01:03 | Müəllif: Subhan Mahmudov

Məşhur paraşütçü qəza nəticəsində vəfat edib

Məşhur avstriyalı paraşütçü Feliks Baumqartner vəfat edib.

Bakıvaxtı.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, idmançı İtaliyada paraplanla qəzaya uğrayıb.

O, paraplan üzərində nəzarəti itirib və hovuza düşərək bir qadınla toqquşub. Qadın xəsarət alıb, lakin həyatı təhlükədə deyil.

Baumqartner isə yıxıldıqdan sonra huşunu itirib, daha sonra ürəyi dayanıb.

Qeyd edəki ki, Baumqartner 56 yaşında idi.

İdmançı 2012-ci ildə heliumla doldurulmuş hava şarına bağlanmış xüsusi kapsulda təxminən 39 km yüksəklikdən tullandıqdan sonra məşhurluq qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026