• Bakı 20° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Daha bir cüdoçumuz bürünc medal qazanıb

İDMAN

17 Iyun 2025 | 21:23

Daha bir cüdoçumuz bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Elcan Hacıyev (90 kq) üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib.

Bununla da ikinci bürünc medal yığmanın aktivinə yazılıb. Ötən gün Zelim Tçkayev (81 kq) BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan Azərbaycanın daha bir cüdoçusu Vüqar Talıbov isə (90 kq) 1/32 finalda gürcüstanlı Luka Maysuradze uduzaraq yarışı mükafatsız başa vurub.


SON XƏBƏRLƏR

17 Iyun 2025