• Bakı 21° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Nazir UFC gecəsində döyüşəcək idmançılarla görüşdü

İDMAN

17 Iyun 2025 | 23:33

Nazir UFC gecəsində döyüşəcək idmançılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. Onlar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.

Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu, həm də Tofiqin UFC-də debütü olacaq.


SON XƏBƏRLƏR

17 Iyun 2025