• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Qurban Qurbanov “Barselona”ya gedir?

İDMAN

19 May 2025 | 13:03

Qurban Qurbanov “Barselona”ya gedir?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yayda "Barselona"ya getmək fikrindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatlar sosial mediada yer alıb.

Təcrübəli mütəxəssis artıq Avropa klublarının “Qarabağ”ın hücum strategiyasını bildiyini düşünür. Bu il katalonların da uğurlu çıxışını görən Qurban Qurbanov Hansi Flikin yanına təcrübəyə gedə bilər.

Bundan öncə də Pep Quardiolanın təcrübəsindən yararlanan mütəxəssisin yenidən "Barselona"ya səfəri real görünür.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

Cavid Tağızadə

BDU-nun Jurnalistika fakültəsinin İV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR