• Bakı 23° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Nazim Sadıxov: "Rəqibimdən daha güclüyəm"

İDMAN

18 Iyun 2025 | 12:42

Nazim Sadıxov: Rəqibimdən daha güclüyəm

Nazim Sadıxov UFC-dəki növbəti rəqibindən daha güclü olduğunu düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək azərbaycanlı idmançı mətbuat konfransında deyib.

O, rəqibinin təhlükəli olduğunu bildirib:

"Amma mən daha güclüyəm. Onun görüşdən əvvəlki fikirlərinə önəm vermirəm. Bu, mənə maraqlı deyil. Döyüş meydanında hər dediyin sözə cavab verməli olacaqsan. Yalnız növbəti görüş haqqında düşünürəm və qələbə qazanmaq istəyirəm".

N.Sadıxov Azərbaycanın digər təmsilçilərinin şanslarından söz açıb:

"Tofiq Musayev və Rafael Fiziyev baxımlı döyüş sərgiləyirlər. Fiziyev artıq top-idmançılar sırasındadır. Musayev isə özünü sübut edə bilər".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR