• Bakı 19° C

    3.17 m/s

"Qarabağ"ın U-17 komandası “Gothia Puma Trophy”də çıxışını başa vurub

İDMAN

18 Iyul 2025 | 09:42 | Müəllif: Əli Hüseynov

"Qarabağ"ın U-17 komandası “Gothia Puma Trophy”də çıxışını başa vurub

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası İsveçdə təşkil olunan “Gothia Puma Trophy”də çıxışını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi B qrupunun pley-off mərhələsinin 1/4 finalında “Brommapoyrkarna”ya (İsveç) məğlub olub.

Meydan sahibləri bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Beləliklə, "Qarabağ" turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi ardınca “Sportinq Laqos”la heç-heçə edib (0:0), yerli “Göteborq”la dueldən xalsız ayrılıb – 0:2.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026