• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

 Elçin Məsiyev növbəti təyinat alıb

İDMAN

18 Iyul 2025 | 10:07 | Müəllif: Əli Hüseynov

Elçin Məsiyev növbəti təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR