UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Beşiktaş"ın rəqibi Arda Turanın "Şaxtyor Donetsk" komandası olub.
Bakıvaxtı.az xəbər verir ki, "Şaxtyor Donetsk" klubu I təsnifat mərhələsinin cavab oyununda səfərdə Finlandiya təmsilçisi "İlves"lə üz-üzə gəlib.
"Şaxtyor Donetsk" ilk oyunda 6:0 hesabı ilə qalib gəlib və cavab oyununda qolsuz heç-heçədən sonra ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
İkinci təsnifat mərhələsinin "Beşiktaş" - "Şaxtyor Donetsk" oyunları iyulun 24-də və 31-də keçiriləcək.