• Bakı 21° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

"Fiziyevlə döyüşümüz baxımlı alınacaq" - Bahamondes

İDMAN

18 Iyun 2025 | 12:02

Fiziyevlə döyüşümüz baxımlı alınacaq - Bahamondes

Çilili MMA döyüşçüsü İqnasio Bahamondes Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, o, mətbuat konfransında yarışa hazır olduğunu söyləyib.

İdmançı azərbaycanlı rəqibi Rafael Fiziyev haqqında da danışıb:

"Onun qarşılaşmalarına baxmışam. Bizi baxımlı döyüş gözləyir. Bu rəqiblə görüşəcəyim üçün şadam. Döyüşün ayaq üstə olacağını gözləyirəm. Güləşmək də mənim üçün problem deyil. Zəif cəhətlər haqqında danışmaq istəmirəm. Məncə, Fiziyevdən daha yaxşıyam. Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.


SON XƏBƏRLƏR