• Bakı 23° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

"Yaş barədə düşünsəydim, UFC-yə gəlməzdim" - Tofiq Musayev

İDMAN

18 Iyun 2025 | 10:24

Yaş barədə düşünsəydim, UFC-yə gəlməzdim - Tofiq Musayev

UFC-də iştirak etmək hər idmançının arzusudur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev mətbuat konfransında deyib.

35 yaşlı idmançı yarışa çox yaxşı hazırlaşdığını söyləyib:

"Rəqibimi analiz etmişəm. Ölkəmi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Yaş mənim üçün sadəcə bir rəqəmdir. Yaş barədə düşünsəydim, UFC-yə gəlməzdim".

O, rəqibi haqqında da danışıb: "Düşünürəm ki, mənə layiqli döyüşçüdür. Həmişə ciddi rəqiblərlə mübarizə aparmaq istəmişəm. Öz döyüşümü göstərmək niyyətindəyəm. Rəqib də məni ciddiyə almalıdır. Düşünürəm ki, bir-birimizə layiqli rəqibik"

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. T. Musayev Qırğızıstandan olan Myktybek Orolbai ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR