• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ

14 Dekabr 2025 | 11:25 | Müəllif: Əli Hüseynov

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki hərəkətdə olan “Hyundai” markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub. Piyada hadisə yerində ölüb. Qəzada sonra minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026