• Bakı C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

"Barselona" La Liqa tarixində ikinci ən uzun qol seriyasını təkrarlayıb

İDMAN

14 Dekabr 2025 | 10:48

Barselona La Liqa tarixində ikinci ən uzun qol seriyasını təkrarlayıb

İspaniya La Liqasının 16-cı turunda "Osasuna" üzərində 2:0 hesablı qələbə qazanan "Barselona" ölkə çempionatındakı qol seriyasını ardıcıl 37 oyuna çatdırıb.

Bakıvaxtı.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, bu, La Liqa tarixində ikinci ən uzun qol seriyasıdır. 2024-cü il dekabrın 21-də başlayan seriya Ernesto Valverdenin (2018-2019-cu illər) dövründəki rekordu təkrarlayıb.

Bu müddət ərzində Hans Flikin komandası 101 qol vurub. İspaniya çempionatında "Barselona"nın qol seriyası üzrə mütləq rekordu 63 ardıcıl matçdır.


SON XƏBƏRLƏR

13 Dekabr 2025