• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa Azərbaycanla bu stadionda oynayacaq

İDMAN

19 Aprel 2025 | 19:12 | Müəllif: Gülşən Şərif

Fransa Azərbaycanla bu stadionda oynayacaq

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin səfərdə Fransa ilə qarşılaşacağı stadion müəyyənləşib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında məlumat verilib.

Bildirilib ki, matç Parisdəki "Park De Prens" stadionunda təşkil olunacaq.

Həmçinin Fransa millisi qrupun digər ev oyunlarında İslandiya (9 sentyabr) və Ukraynanı (13 noyabr) da sözügedən arenada qəbul edəcək. 48 minə yaxın azarkeş qəbul edən bu stadionda PSJ klubu ev oyunlarını keçirir.

O da qeyd olunub ki, oyunlarla bağlı "Stad de Frans" stadionu ilə razılığa gələ bilməyiblər.

Xatırladaq ki, Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026