"Qarabağ" Azərbaycan Premyer Liqasının XXXI turunda evdə "Neftçi"ni 3:0 hesabı ilə darmadağın edib.
Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionda keçirilən derbidə hesabı 22-ci dəqiqədə Abdullah Zubir açıb.
40-cı dəqiqədə FIFA referisi Elçin Məsiyevin təyin etdiyi penaltini Yassin Benzia dəqiq vurub. Cəmi 1 dəqiqə sonra isə Nəriman Axundzadə yekun hesabı müəyyənləşdirib.
"Köhlən atlar" bu qələbə ilə xallarının sayını 76-ya çatdıraraq liderliyini möhkəmlədib. Aprelin 20-də "Zirə" evdə "Sumqayıt"ı məğlub edə bilməyəcəyi təqdirdə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv tarixində 12-ci, ardıcıl 4-cü çempionluğunu təmin edəcək. "Neftçi" isə 35 xalla 6-cıdır.
***
21:03
41-ci dəqiqədə Nəriman Axundzadə "Qarabağ"ın üçüncü qolunu vurur.
Bakıvaxtı.az xəbər verir ki, 40-cı dəqiqədə Yassin Benzia penaltidən fərqlənərək hesabı 2:0 edir. 38-ci dəqiqədə Höccət Haqverdi Kadi Borgesin reydi zamanı qaydanı pozmuşdu.
22-ci dəqiqədə "Qarabağ" hesabı açır. Kadi Borgesin vurduğu cərimə zəribəsini Rza Cəfərov dəf etsə də, Abdullah Zubir qayıdan topu qapıdan keçirir.
***
20:00
"Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan Premyer Liqasının XXXI tur matçı start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Azərbaycan Premyer Liqası
XXXI tur
19 aprel
20:00. "Qarabağ" – "Neftçi" - 3:0 (FASİLƏ)
Qol: Abdullah Zubir, 22, Yassin Benzia, 40 (penalti), Nəriman Axundzadə, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu