• Bakı 24° C

    0.9 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bataqlıqda boğulan 15 yaşlı Elçinin ölümünün - TƏFƏRRÜATI 

CƏMİYYƏT

19 Aprel 2025 | 22:46

Bataqlıqda boğulan 15 yaşlı Elçinin ölümünün - TƏFƏRRÜATI 

Xaçmaz rayonunun Niyazabad kəndində 15 yaşlı yeniyetmənin bataqlıqda boğularaq ölməsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Niyazabad kənd tam orta məktəbinin IX sinif şagirdi Elçin Elman oğlu Bağırov məktəbdən buraxılış vərəqəsini alaraq bazar günü keçiriləcək imtahana hazırlaşırmış. O, evə qayıtdıqdan sonra mal-qaranı gətirmək üçün kənd ərazisindəki bataqlıq sahəyə yollanıb. Lakin o, bir daha geri dönməyib.

Yeniyetmənin ailəsinin məlumat verməsindən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. Gecə boyu davam edən axtarışlar nəticəsində səhər saatlarında Elçin Bağırovun cəsədi ərazidəki gölməçələrdən birində tapılıb və ailəsinə təhvil verilib.


SON XƏBƏRLƏR

07 Iyun 2025