• Bakı 16° C

    11.27 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Müsahibə nəticələrinə dair müraciətlərə baxılacaq

CƏMİYYƏT

19 May 2025 | 17:21

Müsahibə nəticələrinə dair müraciətlərə baxılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

Bakıvaxtı.az bu barədə BŞTİ-dən məlumat əldə edib.

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 20-23 may 2025-ci il tarixlərində saat 14:30-16:30 aralığında BŞTİ-yə yaxınlaşaraq müvafiq Apellyasiya komissiyasına müraciət edə bilərlər. Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədlərini özü ilə gətirməsi vacibdir.

    Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat namizədlərin şəxsi kabinetlərinə göndərilib.


    SON XƏBƏRLƏR