Azərbaycan tarixçisi, etnoqraf, Əməkdar müəllim Kərəm Məmmədovun 60 illik yubiley tədbiri və alimin vəfatından sonra nəşr olunmuş "Borçalı Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində" kitabının təqdimatı olacaq.
Bakıvaxtı.az xəbər verir ki. tədbir sabah Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında keçiriləcək.
Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir saat 14:00-da baş tutacaq.
Qeyd edək ki, Kərəm Məmmədov yeni nəsil tarixçilərin yetişməsində böyük əməyi olan, ortaq türk tarixinin yazılması və tədqiqində böyük xidmətlər göstərən milli tarix məktəbinin qurucularından idi. Arzu edənlər tədbirdə iştirak edə bilər.