• Bakı 23° C

    8.85 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Qlazqo və Aberdində ilk dəfə səyyar konsulluq xidmətləri göstərilib

CƏMİYYƏT

19 May 2025 | 17:32

Qlazqo və Aberdində ilk dəfə səyyar konsulluq xidmətləri göstərilib

Şotlandiyanın Qlazqo və Aberdin şəhərlərində yaşayan azərbaycanlılar üçün ilk dəfə səyyar konsulluq xidmətləri təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın Londondakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirlər 17-18 mayda baş tutub.

Səyyar konsulluq xidməti çərçivəsində soydaşlar pasportların verilməsi və dəyişdirilməsi, qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi, vətəndaşlıq və doğumun qeydiyyatı, arayışların verilməsi və konsulluq qeydiyyatı kimi xidmətlərdən yararlanıblar.

Bundan əlavə, vətəndaşların konsulluq-hüquq məsələləri ilə bağlı sualları da cavablandırılıb.


SON XƏBƏRLƏR

15 Iyun 2025