• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

CƏMİYYƏT

18 Iyun 2025 | 17:27

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,7 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 36,3 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.


SON XƏBƏRLƏR