• Bakı 19° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Qazaxda avtomobil aşdı - Ölən var

HADİSƏ

29 Dekabr 2025 | 12:24

Qazaxda avtomobil aşdı - Ölən var

Qazax rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2004-cü il təvəllüdlü Sabuhi Sahib oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR