• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Azərbaycan XİN-dən Somalidəki son hadisələrə dair BƏYANAT

SİYASƏT

29 Dekabr 2025 | 14:21

Azərbaycan XİN-dən Somalidəki son hadisələrə dair BƏYANAT

Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidəki son hadisələrlə bağlı bəyanatında qeyd edilib.

“Somali Federativ Respublikasının "Somalilənd" bölgəsinin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Azərbaycan beynəlxalq hüququ pozaraq öz ərazilərində xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübəsindən keçib. Bu prinsiplərə və öz təcrübəsinə əsaslanaraq, Azərbaycan Respublikası bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunmasına qətiyyətlə sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquqa tam uyğun hərəkət etməyə çağırır”, - bəyanatda qeyd edilib.


SON XƏBƏRLƏR