• Bakı C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

DİN-dən “zırpaket”lərlə bağlı ÇAĞIRIŞ

CƏMİYYƏT

29 Dekabr 2025 | 12:17

DİN-dən “zırpaket”lərlə bağlı ÇAĞIRIŞ

Bayramlar sevinc, birlik və əyləncə ilə yadda qalan xüsusi günlərdir. Hər kəs bu günləri ailəsi və dostları ilə birlikdə keçirmək, xoş anlar yaşamaq istəyir. Lakin eyni zamanda bayramlar təhlükəsizlik məsələlərini də gündəmə gətirir.

Xüsusilə çoxmənzilli binaların həyətlərində və ictimai yerlərdə pirotexniki vasitələrdən istifadə çox vaxt narazılıq və bədbəxt hadisələrlə nəticələnir.

Statistikaya nəzər salsaq, bu məmulatlar əsasən azyaşlılar və yetkinlik yaşına çatmayan şəxslər tərəfindən istifadə olunur və əksər hallarda ciddi xəsarətlərlə, hətta faciəvi nəticələrlə müşayiət olunur.

Qanunsuz pirotexnikaya qarşı effektiv nəzarət və uşaqların çıxışı məhdudlaşdırıla bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur:

"Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan şəxslər, azyaşlılar tərəfindən istifadə edilir və əksər hallarda bədbəxt hadisələrlə nəticələnir".

Həmsöhbətimiz əlavə edib ki, pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Cəsarət Qənbərli, DİN Mətbuat Xidmətinin əməkdaşı

Cəsarət Qənbərli vətəndaşlara çağırış edib:

"Təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq".

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Dekabr 2025