• Bakı C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Reklamda uşağın görüntüsündən bu halda istifadə edilə biləcək

CƏMİYYƏT

28 Yanvar 2026 | 11:09

Reklamda uşağın görüntüsündən bu halda istifadə edilə biləcək

Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz edən şəxslərin razılığı ilə istifadə oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Qeyd edək ki, yeni hazırlanmış "Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən, dövlət uşaqları mənəvi və fiziki baxımdan zərərli olan reklamlardan müdafiə edir.

Uşaqların zərərli reklamdan müdafiəsinin əsas prinsipləri və reklama dair tələblər "Reklam haqqında" qanunla müəyyən ediləcək.


SON XƏBƏRLƏR

27 Yanvar 2026