• Bakı C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq

CƏMİYYƏT

28 Yanvar 2026 | 11:17

Uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.

Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Sənəddə bildirilib ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.


SON XƏBƏRLƏR

27 Yanvar 2026