• Bakı C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Bu dövlət idarələrinin külli miqdarda vergi borcu var

CƏMİYYƏT

29 Dekabr 2025 | 13:15

Bu dövlət idarələrinin külli miqdarda vergi borcu var

Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan və Babək şəhər idarələrinin külli miqdarda vergi borcu yaranıb.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, komitənin Naxçıvan Şəhər İdarəsinin dövlətə olan vergi borcu 7 milyon 140 min 211,56 manat təşkil edir. Babək Şəhər İdarəsinin vergi borcu isə 318 min 144,01 manatdır.

Məlumata görə, Naxçıvan Şəhər İdarəsinin qanuni təmsilçisi Quliyev Sarvan Ağahüsen oğlu, Babək Rayon İdarəsinin qanuni təmsilçisi isə İmanov Rəvayət Yəhya oğludur.

Əlavə olaraq onu da bildirək ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən ili 60 009,34 manat zərərlə başa vurub.


SON XƏBƏRLƏR