• Bakı C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Bakı-Astara dəmir yolu xətti 2028-ci ilə qədər yenilənəcək

CƏMİYYƏT

28 Yanvar 2026 | 12:32

Bakı-Astara dəmir yolu xətti 2028-ci ilə qədər yenilənəcək

Bakı-Astara dəmir yolu xəttində 2028-ci ilə qədər modernizasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, bundan sonra həmin istiqamətdə sərnişin daşımaları mümkün olacaq.

R.Hümmətovun sözlərinə görə, Astara istiqamətində bəzi yollarımızın vəziyyəti əlavə işlərin görülməsini tələb edir:

“Xüsusilə ötən ilin sonunda Rusiya ilə imzalanmış saziş var ki, orada "Şimal-Cənub" dəhlizinin inkişaf etdirilməsindən və mövcud xəttin modernizasiyasından söhbət gedir. Biz bu gün orada işləri başa çatdırmadan, təhlükəsizliyi tam təmin etmədən sərnişinlərin daşınmasının tərəfdarı deyilik. Lakin 2028-ci ilə qədər həmin yolun modernizasiyasını nəzərdə tuturuq və həmin dövrdə artıq orada sərnişindaşımanın bərpası mümkün olacaq. Burada yeganə məhdudlaşdırıcı məsələ yoldakı cari vəziyyətdir və təhlükəsizlik baxımından modernizasiya bitmədən sərnişin qatarlarının buraxılması arzuolunan deyil”.


SON XƏBƏRLƏR

27 Yanvar 2026