• Bakı C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

"Acından günorta dururam" - Hafiz Hacıyevdən SƏRT ÇIXIŞ

SİYASƏT

29 Dekabr 2025 | 13:01

Acından günorta dururam - Hafiz Hacıyevdən SƏRT ÇIXIŞ

2026-cı il yaxınlaşdıqca siyasətçilərin fəaliyyəti və məmur məsuliyyəti daha çox gündəmə gəlir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də elə Bakıvaxtı.az-a açıqlamasında bu məsələlərə qətiyyətli və açıq şəkildə toxunur. Qalmaqallı partiya sədri yalnız faktları deyil, həm də cəmiyyətin haqlı narazılığını ifadə edir və gələcəkdə baş verəcək proseslər barədə ciddi xəbərdarlıq edir.

Həmsöhbətimiz bildirib ki, həqiqət acıdır, amma onu demək lazımdır:

"Siyasətçilər qan qusur - bəs onlar nə yeyib? Dövlətin büdcəsi xalqın haqqıdır, amma bəzi məmurlar bunu öz cibinə çevirir. Tayfabazlıq edən, rüşvət alan məmurlar var, və onların hamısı dövlətdən kənarda qalmalıdır".

O, maraqlı bir keys ortaya qoyub:

"Düşünün: bir məmur 2000 manat maaş alır. Bu pul haradandır? Kimlərinsə haqqına giriblər. Bu, sadəcə biabırçılıqdır. 2026-cı ildə hər şey real olacaq. Açılan faktları görürsünüz, nələr üzə çıxır. Ramiz Mehdiyevin işi ilə bağlı da həbslər mümkündür".

Müsahibimiz əlavə edib ki, xalq hər şeyi bilmək hüququna malikdir:

"Kim nə qədər pul "yeyib", kim hansı pozuntuları törədib - bunların hamısı ictimaiyyətə açıqlanmalıdır. Mən və digərləri isə acından günorta dururuq".

Əli Hüseynov


SON XƏBƏRLƏR