Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 29-da, saat 00:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan iki nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən bir nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə ailəsinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Bakı 




