• Bakı 10° C

    11.04 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Göygöldə qəzada ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB

HADİSƏ

19 Aprel 2025 | 22:22

Göygöldə qəzada ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB

Göygöldə evakuatorun vurub öldürdüyü piyadanın kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində həyatını itirən piyada Daşkəsən rayonunun Xoşbulaq kəndində qeydiyyatda olan, 1959-cu il təvəllüdlü M. Abdullayevdir.

***

21:53

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

08 Dekabr 2025