Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, yol polisi tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Xəzər” markalı, 77-LF-416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vüsal Miriyev saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırıldığı aşkar edilib, eləcə də hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V. Miriyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vüsal Miriyev 20 sutka inzibati qaydada həbs edilib.