İyunun 17-də Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda faciəvi hadisə baş verib.
Bakıvaxtı.az “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Şəmkir rayon sakini Qənbər Abdullayev müalicə aldığı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 3-cü mərtəbəsindəki pəncərədən yıxılıb.
O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.