• Bakı 29° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Xilasedicilər Bakıda iki gəncin həyatını qurtardılar

HADİSƏ

18 Iyul 2025 | 09:27

Xilasedicilər Bakıda iki gəncin həyatını qurtardılar

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, FHN-nin məlumatına görə, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Qurbanov Firudin Alxas oğlu və 2009-cu il təvəllüdlü Cəfərov İzzət Eldəniz oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.


SON XƏBƏRLƏR

17 Iyul 2025