Sumqayıtda dələduzluqla 92 min manat maddi vəsait ələ keçirən şəxslər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 35 yaşlı G.Güləliyev saxlanılıb.
Onun topdan mobil telefon satmaq adı ilə yalan vədlər verərək həmin şəxslərin ümumilikdə 92 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.
Bundan başqa, şəhər sakini olan daha bir nəfər də polisə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Keçirilən tədbirlərlə zərərçəkənə 10 min manat maddi ziyan vurmuş 40 yaşlı R.Aslanov da saxlanılıb.
Araşdırmalar davam etdirilir.