• Bakı 26° C

    15.8 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Cəlilabadda əməliyyat - 11 kiloqram narkotik...

HADİSƏ

19 May 2025 | 15:22

Cəlilabadda əməliyyat - 11 kiloqram narkotik...

Cəlilabad rayonunda polisin keçirdiyi əməliyyatla 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Tədbirlərlə 39 yaşlı Ramid İbadov və 33 yaşlı Elnur Bəşirov saxlanılıblar.

Onlarda ümumilikdə 11 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 99 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026