• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

CƏMİYYƏT

19 Aprel 2025 | 14:01

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

Tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Belə ki, A.Qeybullanın istintaq təcridxanasına daxil olmasına icazə verilib. O, Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimləri ilə birgə Tofiq Yaqublunu müayinə edib.

Həkim məhkumun saxlanılma şəraitindən narazı olmadığını, ona aclığı dayandırmasını tövsiyə etdiyini deyib. 

Qeyd edilib ki, bu gün T.Yaqublunun çəkisi 83 kq 350q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır. A.Qeybulla aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və digər fizioloji məhlullar köçürüb. 


SON XƏBƏRLƏR